• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 02.07.2024 18:56

Polis əməkdaşlarının peşə bayramı qeyd olunub

KepezTV Player

Samuxda Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Azərbaycan polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyi xatırladılıb. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisinin insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı, cinayətkarlığa qarşı barışmaz mübarizə apardığı qeyd edilib. Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Səfərəliyev polisin ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacağını bildirib. Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə Samux Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələri təqdim olunub.

Vüsalə Cənnətova