• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 01.07.2024 18:38

Azərbaycan-Bolqarıstan əlaqələri möhkəmlənir

KepezTV Player

"Azərbaycan Bolqarıstanın tranzit operatorlarını və logistika şirkətlərini Orta Dəhlizin yaratdığı üstünlüklərdən yararlanmağa dəvət edir." Bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. Komissiyanın yerli həmsədri vurğulayıb ki, Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Yeni yaradılan Ələt Azad İqtisadi Zonaya da toxunan nazir bu sahəyə xarici investorları cəlb etməklə müasir sənaye müəssisələrinin yaradılmasının əhəmiyyətindən də danışıb.

Məcnun Məmmədov- Hökumətlərarası Komissiyanın yerli həmsədri: “Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutudur. Yeni yaradılmış Ələt Azad İqtisadi Zonası da bu dəhlizdə yerləşir. Burada əsas məqsəd xarici investorları cəlb etməklə müasir sənaye müəssisələrinin yaradılması, ixracyönümlü məhsul istehsalıdır. Mən hər iki tərəfdən investorları Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların işi ilə yaxından tanış olmağa və onların üstünlüklərindən maksimum yararlanmağa çağırıram”.

Vüsalə Cənnətova