KepezTV Player
Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri milli və regional səviyyədə, qlobal miqyasda sabitliyə və inkişafa xidmət edir. Bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib. Dövlət başçısı Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə reallaşan bu tədbirin ölkələr arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Aişə Rzayeva
- Baxış: 422