Prezident İlham Əliyev ilə İran Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub. Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İranla birlikdə fəaliyyətini davam etdirəcək. İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.
- Baxış: 178