• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 28.05.2024 19:03

"Müstəqillik Günü"nə həsr olunan dəyirmi masa

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində 28 May -Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib. İştirakçılar "Xalq Cümhuriyyətimiz Azərbaycanın tarixi sərvətidir" mövzusunda çıxış edərək, hökumətin üç ay ərzində Gəncədəki fəaliyyətinin tariximizin və dövlətçiliyimizin şanlı səhifələrinə yazıldığını vurğulayıblar. Qeyd edilib ki, Cümhuriyyət tarixinin ən məhsuldar dövrü Gəncədə yaşanıb. Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldılıb. Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar atılıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik, Gəncənin cümhuriyyət şairləri, İrəvanın ermənilərə verilməsi-Cümhuriyyət liderlərinin səhvi yoxsa məcburiyyət və başqa mövzularda müzakirələr aparılıb, məruzələr dinlənilib.

Aişə Rzayeva