Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbrikində bildirilib. Blinken vurğulayıb ki, ABŞ bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırdır. Bir sıra ölkə və qurum rəhbərlərindən də Azərbaycanın dövlət başçısı İlham Əliyevə bayram münasibətilə təbrik məktubları gəlib.
- Baxış: 187