• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 27.05.2024 20:11

Prezident və birinci xanım açılışda iştirak ediblər

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. “Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1 193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb. Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

Azad Mustafayev