• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 27.05.2024 19:21

Prezident sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.  Mədəniyyət sahəsi üzrə mükafat isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə, Mehriban Zaur qızı Ələkbərzadəyə təqdim olunub.

Azad Mustafayev