• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 25.05.2024 19:29

Prezident məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş  2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. İslah işləri cəzasına məhkum edilmiş  2 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş  4 nəfər cəzadan azad olunub. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş bir nəfərin məhkumluğu götürülüb. 

Azad Mustafayev