Şəmkirdə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir. Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirirlər. Bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Polis əməkdaşları sürücülərin diqqətinə bir daha çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirmək lazımdır. İxrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrinin istismarına yol verməlidirlər. Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 23 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Vüsalə Cənnətova
- Baxış: 218