• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 11.05.2024 19:27

XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar yekunlaşıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,  Ceyhun Bayramov və Ararat Mirzoyan delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilən razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.