KepezTV Player
Azərbaycan və Qazaxıstan dəniz piyadalarının komando kursunun buraxılış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sultan Kamal-etdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər. Rəsmi hissə başa çatdıqdan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib. Sonda dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.
- Baxış: 255