Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Frank Valter-Ştaynmayer qeyd edib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Azərbaycan Prezidenti Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüb. Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirən Prezident İlham Əliyev regionda sabitliyin artıq təmin olunduğunu qeyd edib.
Həmçinin dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü olub. Ölkəmizin yaşıl enerji sahəsinə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Vüsalə Cənnətova
- Baxış: 263