• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 25.04.2024 18:18

Məktəbdə yanğın təlimi

KepezTV Player

Gəncədə “Mülki Müdafiə Günü” ilə bağlı maarifləndirici tədbir keçirilib. Şəhərin 28 nömrəli orta məktəbində təşkil olunan tədbirdə fövqəladə hal baş verdikdə onun aradan qaldırılması istiqamətində fəaliyyətdən danışılıb. Təhsil ocağında reallaşan təlim zamanı şərti yanğın məkanından müəllimlər və şagirdlər təxliyə olunub. Xəsarət alanlara səhra tibb məntəqəsində ilkin yardım göstərilib. Vəziyyəti daha ağır olanlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya köçürülüblər. Eyni zamanda yanğınsöndürənlər alovu digər tikililərə keçmədən söndürüblər. Sonda məktəblilər nizami addımlarla keçid ediblər. 

Nərgiz Həsənova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə sektorunun müdiri: “Rəhbər heyətə tövsiyələr verildi. Məktəbdə, bağçada fövqəladə hallar zamanı qabaqlayıcı hansı işlər görülməlidir ki, fövqəladə hal baş verəndə insan təlafatının sayı az olsun”.

Fəzail Poladov- metodist: “Burada nəzəri və praktiki cəhətdən biliklər uşaqlara çatdırılır. Bununla bağlı bütün məktəblərdə də bu təbliğat işi aparılacaqdır”.