• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 22.04.2024 18:14

Bir neçə qanunsuz tikintinin qarşısı alınıb

KepezTV Player

Gəncədə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə aidiyyatı orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib. Monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Nizami Gəncəvi prospektində, şəhərin Şəmkir istiqamətindəki girişində, Azərbaycan əsgəri küçəsində və Gülüstan yaşayış massivində qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib. Şəhər ərazisində belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Orxan Cəfərzadə