• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1781
— 22.04.2024 16:44

Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşması alqışlanır

NATO Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayır. NATO Baş katibinin xüsusi nümayəndəsi Xavier Kolomina Azərbaycan və Ermənistan arasında normallaşma səylərini dəstəklədiklərini açıqlayıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyi də Ermənistanın işğalı altında qalmış 4 kəndin Azərbaycana qaytarılmasını alqışlayıb. Təşkilat qeyd edib ki, belə nəticələrin əldə olunması yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır.

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi də Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışladıqlarını açıqlayıb.