• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 22.04.2024 16:15

Doqquzuncu sinif şagirdləri buraxılış imtahanı verdilər

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Göygöl rayonunda 9-cu sinif şagirdlərinin buraxılış imtahanı keçirilib. 4 məktəbdə təşkil olunan imtahanda 1000-dən artıq şagird iştirak edib. İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi rəhbər və 95 nəzarətçi-müəllim cəlb olunub. Bu il tətbiq olunan yeni qaydalara uyğun olaraq imtahanın sonuna kimi qalan iştirakçılara  sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Ümumilikdə buraxılış imtahan Respublikanın 25 şəhər və rayonunda keçirilib və  46 mindən yuxarı şagird  iştirak edib. 

Vüqar Əsgərov- ümumi imtahan rəhbəri: “Göygöl şəhər 1 nömrəli orta məktəbdəyik. Məktəbdə 267 şagirdin iştirakı gözlənilirdi. Onlardan 2 nəfər gəlməyibdir. Göygöl şəhərində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, eyni zamanda Təcili Tibbi Yardım əməkdaşları iştirak edirlər. Binanın mühafizəsi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları da var. Daxildə də abituriyentlərin yoxlanması üçün mühafizələr təşkil olunubdur. Heç bir neqativ hal baş verməyibdir”.

Elnur Rzayev