ABŞ dövlət katibi Antoni Blinken Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunmasını alqışlayır. “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - deyə Blinken sosial şəbəkə hesabında yazıb.
- Baxış: 109