• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 17.04.2024 19:38

Avtomobil nömrələrini oğurlayan şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin nömrələrini oğurladığı müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.