• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1848
— 10.04.2024 15:27

Polisin əməliyyatları öz nəticəsini verib, saxlanılanlar var

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Həmin şəxslərdən 8 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana götürülüb. Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib. Həmçinin, polis tərəfindən aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.