KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncədə ikinci zona üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan 10 binada baş tutub. Prosesə 215 nəzarətçi müəllim, 28 imtahan rəhbəri,10 ümumi rəhbər cəlb olunub. Ümumilikdə imtahanda 2499 şagird iştirak edib. Şagirdlərə 3 saat ərzində riyaziyyatdan 25, ana dilindən 30, xarici dildən 30 test sualı, həmçinin dinləmə mətni verilib. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
- Baxış: 111