Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə 12kv.m sahədə otaq əşyaları və elektrik naqilləri yanıb. FHN əməkdaşları 45 nəfər bina sakinini təxliyə ediblər. Alov söndürülüb. Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub. TƏBİB-dən verilən məlumata görə, 2 qadın tüstüdən zəhərlənmə diaqnozu, 2-si isə bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 10 nəfərə yerində ilkin tibbi yardım göstərilib
- Baxış: 269