Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlər barədə saxta xəbərlər yayılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Onlar barəsindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Nazirlik vətəndaşları reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırıb. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır.
- Baxış: 132