Azərbaycanlılara qarşı soyqırımı əsrlər ərazində aparılıb və əsas məqsədi tarixi ərazilərimizi ələ keçirmək olub. Qərbi Azərbaycan İcmasının 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında vuröulanıb ki, Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib. "Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində soydaşlarımız tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb. Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyi və barışıq naminə zəruri addımları atmağı tələb edirik." - deyə bəyanmatda qeyd edilib.
- Baxış: 180