• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 30.03.2024 16:57

"Bavariya"nı Zidan çalışdırmayacaq?

Almaniyanın "Bavariya" klubu La Liqa təmsilçisi "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidanın xidmətində maraqlı deyil. Avropa mətbuatının xəbərinə görə Münhen klubunun rəhbərliyi fransalı mütəxəssisi bu yay baş məşqçi postuna gətirməyi düşünmür. 51 yaşlı Zidanın rəhbərliyi altında "Real" üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub. "Bavariya" daha əvvəl hazırkı baş məşqçi Tomas Tuxelin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.  "Bavariya" Almaniya Bundesliqasında 26 turdan sonra 60 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Bayer 04"dən 10 xal geri qalır.