• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 28.03.2024 19:25

Azad olunan ərazilərdə silah-sursat aşkarlanıb

Kəlbəcər rayonunda əl qumbaraları tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.

Polis əməkdaşları Ağdərədə qumbaraatan və pulemyot aşkarlayıblar.  Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə  Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissələri aşkar olunaraq götürülüb.

Xankəndidə silah-sursat aşkarlanıb. Şəhərdən 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb.