• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2507
— 19.03.2024 15:44

Ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

KepezTV Player

Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən krçən hissəsində qəza qeydə alınıb. "Niva" markalı avtomobillə "Hundai" markalı maşın toqquşub. "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu həyatını itirib. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb. Digər avtomobildə olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu da yaralanıb. Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.