• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 13.03.2024 14:35

Transmilli kibercinayətkarların işi Azərbaycan məhkəməsində

Transmilli mütəşəkkil kiber cinayətkar dəstənin DTX tərəfindən aşkar edilib Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub. İttihamdan aydın olur ki, Sekrieru və dəstənin digər üzvləri Azərbaycan banklarının kompyuter sistemlərinə daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri barədə məlumatları ələ keçiriblər. Bundan sonra Bakı və Sumqayıtda internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər. İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunaraq Azərbaycana gətirilib və məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.