• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 05.03.2024 10:23

Od çərşənbəsinin ən maraqlı adətləri

Bu gün sevgi dolu, nur dolu, Novruzun müjdəçilərindən biri olan, od çərşənbəsidir. Od çərşənbəsinin ən maraqlı adətləri nələrdir? Bu mövzu ətrafında əhalimizin bir qismiylə sorğu apardıq. Gəldiyimiz nəticəyə əsasən deyə bilərik ki, gənclərimiz, insanlarımız bu çərşənbəni çox sevirlər. Çünki bu bayramda, biz sevdiyimiz insanlarla xoş ab-hava içərisində söhbət etməyi sevirik.

İlaxır çərşənbələrdən ikincisi od çərşənbəsidir. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı" da deyirlər. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparırdılar. Böyük bir tonqal qalayıb, günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər. Səhər gün doğanda qurbanı - kəhər atın başını kəsərdilər ki, adamlara, el-obaya xoşbəxtlik, səadət gəlsin. Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Elə qələbə əzmini doya-doya yaşayan xalqdan, izləyicilərə təbrik var!

Kəpəz TV “Gəncəm” komandası olaraq, biz də bayramınızı təbrik edirik. Qədəmləri uğurlu, könül oxşayacaq günləri bol olsun. Od çərşənbəniz mübarək olsun!

Ülvi Cəfərov

ƏTRAFLI...