• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1274
— 10.03.2024 21:10

Buraxılış imtahanı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahan Gəncə də daxil olmaqla 33 şəhər və rayonda təşkil edilib. Gəncədə 8 binanı əhatə edən prosesdə 1858 şagird iştirak üçün ərizəsini təsdiqləyib. Məzunların bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara Azərbaycan dili, riyaziyyat və xarici dil fənnlərindən ümumilikdə 85 sual təqdim edilib. Gəncədə keçirilən prosesdə 23 imtahan rəhbəri, 162 zal nəzarətçisi imtahana nəzarət üçün cəlb olunub.

Aslan Əsgərov- şagird: “İmtahan yaxşı keçdi. Ümumi baxdıqda hər fənndən 30 sualdan 25-ni düz gözləyirəm. Nəticə də 200 bal və üstü gözləyirəm. İmtahanın çətinliyi, imtahan ərəfəsində baxdığıma görə suallardan çətin də var idi, asan da var idi”.

Nihad Quliyev- şagird: “İmtahan əslində rahat idi. Keçənilki imtahana baxdıqda, builki imtahan çox rahat keçib. Yazanda problem olmadı, bəzi sualları keçməli oldum, bu, məncə normal haldır. Özümdən təxmini 150-200 bal gözləyirəm. Gözlədiyim kimi yaxşı da yaza bilmədim, martın 3-də imtahan verənlərə baxırdım, o imtahan bundan bir az daha asan görsənirdi. Özümü ona hazırlamışdım. Gözlədiyimdən bir az daha çətin oldu, amma buna da şükür edək”.

Baloğlan Nəcəfov- imtahan rəhbəri: “Bildiyiniz kimi bu gün 11-ci siniflərin yekun attestasiya imtahanıdır. Bizim bu məktəbdə 222 nəfər şagird imtahan götürülməsi üçün nəzərdə tutulmuşdur. Bu gün hal-hazırda 219 nəfər imtahanda iştirak etdi, 3 nəfər imtahanda iştirak edə bilmədi. İmtahanda ümumilikdə heç bir qayda pozuntusu və ya neqativ hal baş verməmişdir”.

Pərvin Abbaszadə