Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılıb. Həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Əliyev Rafiq Gülbala oğlu inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
- Baxış: 154