• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 05.03.2024 19:22

Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə gətirilib

Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb. Pənahov təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib. O, Vətənə qayıtdığına görə özünü çox xoşbəxt hiss etdiyini bildirib.