• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 05.03.2024 19:20

Müdafiə nazirinin müavini Qətərdədir

KepezTV Player

Müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Aqil Qurbanov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb. ***Qətərin baş nazirinin müavini Xalid bin Məhəmməd əl Attiyah ilə görüşdə isə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.