Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Olay yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin isə yaralanıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 159