• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 04.03.2024 19:47

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.