• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 04.03.2024 19:45

Xankəndidə narkotik və silah-sursat aşkarlanıb

Polis əməkdaşları Xankəndidə narkotik və silah-sursat aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Şəhər ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana tapılıb. Həmçinin, 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.