• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 809
— 02.03.2024 16:18

Çayın məcrasında təmizlik aksiyası

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncəçayda ekoloji aksiya keçirilib. 5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar çayın məcrasındakı tullantılar yığılıb. Yabanı halda bitən ağaclar, kol-kos və otlar təmizlənib. Zəruri sanitar avadanlıqlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyiblər və zibil poliqonuna göndərilib. Gəncəçayda keçirilən təmizlik aksiyasının məqsədi ətraf mühiti tullantılarla çirkləndirməmək, əhali tərəfindən tullantıların düzgün idarə edilməsi və ekologiyaya neqativ təsirləri azaltmaqdır. Maarifləndirmə yolu ilə ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etməkdir. 

Rəşad Qarayev- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini: “Bu, ekoloji bir aksiyadır, təmizlik aksiyasıdır. Bu aksiyaya da gənclər, idman ictimaiyyəti könüllü şəkildə qoşulublar. Gəncəçayın içərisində bu işi həyata keçiririk. Məqsədimiz, ekologiyaya tövfə vermək və eyni zamanda 5 mart -gənclər həftəsinə də bir tövfə olaraq bu tədbiri həyata keçirdik”.

Pərvin Abbaszadə