Bakıda yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.
- Baxış: 144