• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 28.02.2024 15:40

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

Laçın şəhərinə 24 ailə - 89 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Qaradağ rayonundan Laçına istiqamət alıb. Beləliklə, doğma şəhərə ümumilikdə 451 ailə, 1705 nəfər, Zabux kəndinə isə 211 ailə, 808 nəfər köçürülüb. Sakinlər bərpa olunan və yenidən tikilən evlərdə yaşayırlar.

Solmaq Kərimova- Laçın sakini: "Gecəni səhərə qədər yatmamışam ki, görəsən mən, o evə girəndə necə girəcəyəm? Sevinc göz yaşlarımı saxlaya biləcəyəmmi? Hələ indi onu düşünəndə ağlamaq istəyirəm".

Vaqif Həsənov- Laçın sakini: "Biz Laçından 92-ci ildə çıxanda ağlaya-ağlaya çıxmışdıq. Bu gün isə sevinə-sevinə gedirik. Gələndə güllələrin altı ilə özümüzü birtəhər çatdırmışıq. Belə bir vəziyyətlə gəlmişik. Şükür ki, bu gün biz qayıdırıq".