KepezTV Player
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Zakir Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb. Görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müdafiə naziri qonağa “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalını təqdim edib.
- Baxış: 94