• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 27.02.2024 15:53

İşsiz və işaxtaranlar əmək yarmarkasında

KepezTV Player

Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası təşkil olunub. Gəncədə reallaşan tədbir şəhər və region sakinlərinin məşğulluğunun təmini istiqamətində daha bir addım olub. Yarmarka həmçinin işəgötürənlərin lazımi kadrların seçilməsinə dəstək məqsədi daşıyıb. İşsiz və işaxtaran şəxslərin qatıldığı əmək yarmarkasında 13 dövlət və özəl müəssisə tərəfindən ümumilikdə 113 vakant iş yeri təqdim olunub. İşəgötürənlərə müraciət edənlərin ixtisası və bacarığı üzrə qiymətləndirmələr aparılıb, tələblərə cavab verənlərə göndərişlər verilib. Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən 13 minə yaxın şəxs işsiz və işaxtaran kimi qeydiyyatdadır.

Aişə Rzayeva