Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. Hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir. Bütün tələbələrin yataqxanada qalması təmin ediləcək. Elm və təhsil naziri Emin Əmrullayev Xocalı məktəbində son tamamlanma işlərinin aparıldığını da bildirib. Yeni dərs ilində məktəbdə tədris prosesinə başlanılması nəzərdə tutulur.
Emin Əmrullayev- Elm və təhsil naziri: “Məktəbdə təxminən 150-yə yaxın şagirdin təhsil alacağı gözlənilir. Ayrıca idman və akt zalı olacaq. Əhalinin köç prosesi müddətində yerli əhalinin sayına uyğun məktəbdə yer olacaq. Xankəndidə yerləşən ümumtəhsil müəssisələri ilə bağlı müvafiq inventarlaşma işləri görülür. İşğaldan azad olunan Kəlbəcər, Zəngilan və digər ərazilərdə də məktəblərin təmir-tikinti işləri davam edir. Azad edilən bütün ərazilərdə tədris ocaqlarının uçotu aparılır, müxtəlif vəziyyətdə olan binalar var. Onların hər biri də ölkənin tədris standartlarına uyğunlaşdırılır”.
- Baxış: 96