• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 26.02.2024 12:02

Bahar Muradova: Azərbaycan xalqına qarşı törədilən soyqırımını və verdiyimiz qurbanları heç zaman unutmayacağıq

KepezTV Player

Biz Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımı hadisəsini və verdiyimiz qurbanları heç zaman unutmayacağıq. Nə qədər unutqan olsaq, tarix o qədər təkrarlanan olar. Bu sözləri isə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib. O qeyd edib ki, Azərbaycan bir daha onun nə bir qarış torpağına ərazi iddiası, nə də hansısa vətəndaşına qarşı belə bir hadisə törədilməsinə imkan verməyəcək.