Adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, inkişaf etdirmək, hər bir Azərbaycan vətəndaşının ən ümdə vəzifəsi olmalıdır. İstər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda olmasına baxmayaraq hər yerdə Azərbaycanın mənafeyi qorunmalıdır. Necə ki, ölkə rəhbəri İlham Əliyev də bu məsələni xüsusi diqqətdə saxlamağı qarşıya öhdəlik kimi qoyub.
Azərbaycan əxlaq, tərbiyə, vətənpərvərlik cəhətdən kifayət qədər zəngin milli-mənəvi dəyərlərə sahibdir. Onun üçün də bu məsələ dövlət siyasətində böyük önəm daşıyır. Düzdür, gənc nəsil müasirliyə can ataraq qədimdən gələn bəzi dəyərlərimizdən kənarlaşsalar da, daim bu yöndə təbliğat işləri yerinə yetirilir ki, kökümüzə bağlı qalaq və cəmiyyətimizi, cavanlarımızı yad ünsürlərdən, uyğunsuz ideologiyalardan çəkindirək.
Fazil Mustafa- millət vəkili: “Biz müstəqil dövlətik. Hər bir dövlətin özünün varlığını ehtiva edən ayrıca dəyərlər olmalıdır. Bunu dünyaya təbliğ etməliyik, biz dünya mədəniyyətinə həm də dəyərlərimizi daşımalıyıq. Bu dəyərləri daşımağı həm də özümüz üçün borc hesab etməliyik. Bu baxımndan da belə bir məsələ prioritet məsələ kimi gündəmə gətirildi. Azərbaycan gəncliyinin də bu istiqamətdə özünə xüsusilə doğru istiqaməti müəyyənləşdirməsi vacibdir. Buna da cəmiyyətin ayrı-ayrı quruluşları, vətəndaş cəmiyyəti institutları öz dəstəyini verməlidirlər”.
Milli-mənəvi dəyərlərimiz dedikdə adət-ənənələrimiz xüsusi önəm kəsb edir. Eləcə də, dini və tarixi abidələrimiz kimi maddi-mənəvi dəyərlərimiz də vardır ki, hazırda əsarətdən xilas olan torpaqlarımızda onların bərpası və yenidən qurulması işi həyata keçirilir.
Əlimuxtar Muxtarov- filologiya üzrə fəlsəfə doktoru: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən o qədər zəngin adət-ənənələri vardır ki, bu gün bizim xalqımızın mənsub olduğu bu dəyərlər bütün xalqların hər zaman diqqətini çəkmişdir. Xüsusilə də qarşıdan gələn bizim Novruz bayramımız. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün bizim dini abidələrimizin bərpa edilməsi, eyni zamanda yenidən qurulması bu da öz növbəsində milli-mənəvi dəyərlərimizə dövlətimizin və dövlət rəhbərimizin verdiyi diqqət və qayğının göstəricisidir”.
Milli-mənəvi dəyərlərimizə ən yaxşı misal 44 günlük Vətən müharibəsini göstərmək olar. Həmin dövrdə 30 illik zaman kəsiyində ailələrdə, məktəblərdə gənc nəslə aşılanan vətənpərvərlik ideyaları qələbəmizə çox böyük töhfə verdi.
Orxan Cəfərzadə
- Baxış: 170