• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2327
— 24.02.2024 11:29

Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır

Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır. Bunu “İndependent Arabia“ nəşrinə müsahibə verən  Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Nəşr Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə hazırlayıb. Hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab sayan Elçin Əmirbəyov vurğulayıb ki, Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Bu sənədlərin hələ də mövcudluğu beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.Sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar.