• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 23.02.2024 19:27

Premyer Liqada “Kəpəz” vacib qələbə qazanıb

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Qəbələdə baş tutan günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları münasibətləri aydınlaşdırıblar. Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Matçın 19-cu dəqiqədə sarı-göylərin heyətində Georgi Papunaşvili hesabı açıb. “Qəbələ”nin yeganə qolunun müəllifi 44-cü dəqiqədə Osama Xalayla olub. 66-cı dəqiqədə isə penaltidən Amil Yunanov oyunun taleyini həll edib. Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Turun digər oyunları fevralın 24-25-də reallaşacaq.