• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 23.02.2024 19:18

Hikmət Hacıyev: Ermənistan Xocalı soyqırımına görə dövlət olaraq məsuliyyət daşıyır

"Xocalı soyqırımının növbəti ildönümündə kütləvi məzarlıq aşkar edilməsi, bəlkə də, ilahi ədalətdir". Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Hələ də Rəsmi İrəvan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumatı verməkdən imtina edir. "Ermənistan Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır”-deyə Hacıyev vurğulayıb.