• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 23.02.2024 11:57

Döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Həyacan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş taşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. Hərbi Dəniz Qüvvələrinin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyətinin cəlb olunduğu təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.