KepezTV Player
Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik. Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Qeyd edilir ki, Fransanın öz istəkləri ilə Azərbaycan ərazilərini tərk edən ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir. Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir. Bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasəti heç bir nəticə verməyəcək.
- Baxış: 120