• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 20.02.2024 10:17

Dermapen nədir və kimlər üçün uyğundur?

Son zamanlar xanımlarımız tərəfindən kosmetologiyada  dermapen geniş istifadə olunur. Gəlin görək, dermapen nədir və kimlər üçün uyğundur?

Dermapen müalicəsi avtomatik titrəyən kiçik iynələrlə dəridə mikrokanalların açılması prosesidir. Bu mikrokanallar sayəsində dərinin ehtiyac duyduğu müalicələr edilə bilir. Həmçinin yeni dəri və kollagen əmələ gəlməsini təmin edərək dəri problemlərini düzəldir. Aparatın kartricində iynələrin sayı 12 və daha artıq ola bilər. Dermapen işə salındıqda iynələr dəridə 1 dəqiqədə 3000-5500 xırda dəliklər açır. Bu dəliklər hesabına preparat dərinin dərin qatlarına daxil olur, aktivləşmə prosesləri başlayır. Sızanaq izləri, məsamələr, dərinin yenilənməsi, yaşlanma əleyhinə, günəş ləkələri, incə qırışların aradan qaldırılması və çatların müalicəsində istifadə olunur. Adətən kombinasiyasılı müalicələrlə birlikdə istifadə edilir. Eləcə də zədələnmə sayəsində dəri örtükləri sürətlə bərpa olunur və yenilənir. Nəticədə dəri hamarlaşır, liftinq effekti əldə edilir. Prosedur zamanı dəridə kanallar formalaşır, onlar kosmetik vasitənin dəriyə 80% nüfuz etməsini təmin edir. Dermapen ilə açılan mikrokanallar prosedurdan sonra 15-30 dəqiqə müddətində bağlanır. 0,5 mm uzunluqda qısa iynələrdən istifadə etdikdə növbəti seans 1 həftədən sonraya təyin olunur. Uzun iynələrlə aparıldıqda  seans 1 ay müddətində  təkrarlanır. 

Gözlə görünən qüsuru olmayan normal dərilər üçün 3 seans kifayət edir. Piqment ləkələr, çapıq və dəri çatlarında isə 6-8 seans lazım gəlir. Müalicə kursunu ildə 1 dəfə təkrarlamaq məsləhət görülür. Bu prosedur, yəni fraksion mezoterapiya dəri örtüklərinin kosmetik defektləri ilə mübarizə aparan effektiv üsullardan biridir. Onun məşhurluğu müştərilərin müsbət rəylərinə, eləcə də elmi cəhətdən təsdiqlənmiş təhlükəsizliyinə əsaslanır. Prosedur demək olar ki, ağrısızdır. Ona görə də lokal anesteziya tələb olunmur. Dermapen istifadəsindən sonra dəri örtükləri qızarır. Bu, normal hal olub, təxminən 1 saatdan sonra keçib gedir. Prosedur aparılan gün yuyunmaq və makiyajdan istifadə icazəli deyil.  3 gün ərzində retinoid və C vitaminindən ibarət vasitələrin istifadəsi qadağandır. Həkim-kosmetoloqlar dəriyə nəmləndirici və bərpaedici krem çəkməyi tövsiyə edirlər. Həmçinin dərini SPF kremlə qorumaq lazımdır.

 Günay Əsgərova 

ƏTRAFLI...